Dünya

İŞİD Sibirə sürgün ediləcək?

13 Oktyabr 2015 23:47
7 Şərh     Baxış: 2 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Liviyanın "La Voix de la Libye" nəşri Livanın "Hizbullah" təşkilatındakı mənbəyə istinadən Moskva və Dəməşq arasındakı şok bir razılaşma barədə yazıb.
 
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Moskva və Dəməşq Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşı olan istənilən hərbi əsirin rusiyalılara verilməsi barədə razılaşıb.
 
İddiaya görə, sözügedən hərbi əsirlərin "AN-124" yük təyyarələri ilə Rusiyaya nəqli nəzərdə tutulur. Məqalənin müəllifi bildirir ki, hərbi əsirlər daha sonra şərqi Sibirdəki böyük Vankor neft-qaz  yatağının olduğu əraziyə göndəriləcək. Bu yataqda kəşf edilmiş qaz ehtiyatı 95 milyard kubmetrdən çox, neft ehtiyatı isə 520 milyon tondir. Rusiya burada hasilatı iki dəfə artırmağı planlaşdırır. Yataqdan əldə olunan neft və qazın əsas müştərisi isə Çin olmalıdır. Enerji ehtiyatlarının nəqli üçün isə yeni boru kəmərini tikmək lazımdır.
 
Məlumata görə, sözügedən regionda işçi qüvvəsinin kəskin çatışmazlığı hiss edilir. Neft-qaz hasilatının istənilən səviyyəyə çatdırılması üçün isə 14 mindən 25 minə qədər işçi tələb olunur.  Müəllif yazır ki, Rusiya Suriyada İŞİD terror təşkilatından götürülən əsirləri islah düşərgələrində yerləşdirməklə bu çatışmazlığı müəyyən qədər aradan qaldırmağı planlaşdırır.
 
"Hizbullah"dakı mənbə zarafat edib ki, indi Mərkəzi Kəşfiyat İdarəsi (MKİ) üsyançılarının hazırlığı proqramını təkrar gözdən keçirməli və təlim düşərgələrini Alyaskaya köçürməlidir. Mənbə bununla da Sibirin soyuq hava şərtlərinə diqqət çəkib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.