Dünya

Putin: "Türkiyənin narahatlıqlarını birgə işimizdə nəzərə almağa hazırıq"

13 Oktyabr 2015 17:37
1 Şərh     Baxış: 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Rusiyanın prioritet tərəfdaşlarından və yaxşı dostlarından biridir. Terrorçuluğa qarşı mübarizədə qarşılıqlı münasibətləri necə qurmaq barədə düşünmək lazımdır.

APA-nın verdiyi məlumata görə, bunu "Rusiya çağırır" adlı investisiya forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib. O bildirib ki, Rusiyanın uzun illərdir Türkiyə ilə çox mehriban münasibətləri var:

"Türkiyə bizim böyük ticarət və iqtisadi tərəfdaşlarımızdan biridir. Təkcə bizim tikinti bazarına baxmaq kifayətdir, son illər bu, milyardlarla ölçülür. Son dövrlər Türkiyənin tikinti firmaları bizim tikinti bazarında 12 milyard dollar əldə edib. Rusiya isə Türkiyəyə böyük həcmdə enerji resursları ixrac edir. Bu ölkədə Rusiyanın böyük enerji və kənd təsərrüfatı layihələri var. Türkiyənin həm kürd faktoru, həm də terrorla mübarizədə çoxlu narahatlıqları var. Biz bunu başa düşürük və sözsüz ki, birgə işimizdə nəzərə almağa hazırıq. Hazırda hərbi qurumlar səviyyəsində əlaqələrimiz mövcuddur. Ümid edirəm ki, bu əlaqələr koordinasiyanın qurulmasına gətirib çıxaracaq. Bu işi ABŞ-la da siyasi səviyyədə qurmaq lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.