Dünya

PKK-ya 27 konteyner silah-sursatı kim verib?

13 Oktyabr 2015 11:39
5 Şərh     Baxış: 1 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ terrorçu PKK-nın Suriyadakı qolu PYD-yə ("Demokratik Birlik Partiyası") 27 konteyner silah-sursat göndərib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda terrorçulara məxsus "Politik kedi" saytı məlumat yayıb.

Məlumata görə, rəsmi Ankara Vaşinqtondan məsələ ilə bağlı açıqlama gözləyir. Bu silahların Türkiyə ərazisindəki İncirlik bazasından göndərilməsinə dair məsələ araşdırılır.

Xəbərdə bildirilib ki, ABŞ axtarış-xilasetmə vertolyotunu Diyarbəkirdəki hərbi bazaya göndərmişdi.

Bundan başqa, Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib ki, ABŞ "PYD" və "YPG"-ni ("Xalqı Müdafiə Birliyi") terrorçu təşkilatlar kimi tanımır: "Onlar İŞİD-ə qarşı mübarizə aparır. O biri tərəfdən isə Suriya Ərəb Şurasını formalaşdıran "Ceyş əl-Suvar", "Burkan əl Fırat", "El Sanadid", "El Cezire Tugayları (briqadası)" və "Süryani əsgəri şurası"nın "Suriya Demokratik Güçləri"nə birləşirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.