Dünya

Türkiyədə azərbaycanca ağı: yandım, balam, lay-lay, balam... - FOTO

13 Oktyabr 2015 10:45
18 Şərh     Baxış: 3 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin paytaxtı Ankarada terror aktı zamanı həyatını itirən Özvər Gökhan Arpaçay adlı gənc doğulduğu Qars şəhərində torpağa tapşırılıb.

Milli.Az Oxu.Az-a istinadən xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Arpaçayın anası övladına Azərbaycan dilində ağı deyib.

"Ay balam, yandım, balam, lay-lay, balam, lay-lay" deyən Türkan Arpaçay övladını son mənzilə yola salıb.

Dəfn mərasimində 32 yaşlı gəncin anası Türkan Arpaçay və atası Kərim Arpaçay iştirak ediblər.

Günorta namazından sonra Gökhanın cənazəsi Qarsın Yeni Məhəllə qəbristanlığında torpağa tapşırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.