Dünya

Bir neçə telekanalın yayımı dayandırıldı

10 Oktyabr 2015 21:51
6 Şərh     Baxış: 3 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ankara Cümhuriyyət Baş Prokurorluğu apardığı istintaqla bağlı "Tivibu" və "Digiturk"a məktub göndərərək bəzi kanalları platformasından çıxarmasını istəyib. 

Milli.Az anspress-ə istinadən bildirir ki, bu kanallar "paralel hökumət"ə (nurçular) xidmətdə ittiham olunurlar. 

"Türkiye Gazetesi" nin verdiyi xəbərə görə, "Tivibu" və "Digiturk"dan sonra gözlər "Türksat"a dikilib. Baş Prokurorluğun "Türksat"a da eyni məktubla müraciət edəcəyi gözlənilir. Sözügedən kanallar "Samanyolu TV", "Mehtap TV", "S Haber" (Samanyolu Haber), "Kanaltürk", "Bugün TV", "Yumurcak TV" və "Irmak TV"dir. Bu kanalların "Türksat"dan da çıxarılacağı haqda təlimatın gəldiyi haqda məlumatlar dolaşır.

"Digiturk"un rəsmi internet saytında bununla bağlı verilən açıqlamada bildirilir ki, Baş Prokurorluqdan gələn rəsmi sənədə uyğun olaraq adı sadalanan kanalları yayımlamayacaq.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.