Dünya

Suriyada 10 kənd azad olundu

10 Oktyabr 2015 21:12
2 Şərh     Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə İdlib şəhərindən 25 km aralıda yerləşən Kın vadisini "Cəbhə ən Nüsrə" silahlılarından azad edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Suriya ordusunun nümayəndəsi general Samir Süleyman bildirib.
 
"Xama əyalətinin şimalında yerləşən Kın vadisi tamamilə azad edilib. Burada 10-dək yaşayış məntəqəsi bizim nəzarətimizə keçib", deyə general vurğulayıb.
 
Bundan əvvəl  Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə Xama əyalətinin şimalında Əl Baxsu şəhərini azad edib. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.