Dünya

Türkiyədə matəm, telekanallarda çal-çağır - FOTO

10 Oktyabr 2015 21:00
21 Şərh     Baxış: 2 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə tarixində ən böyük terror hadisəsi baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Ankaradakı partlayış zamanı 86 nəfər ölüb, 186 nəfər isə yaralanıb. Bu terror hadisəsi bütün dünya gündəmini zəbt edib. Əksər siyasi liderlər Türkiyə rəhbərliyinə başsağlıqları verib. Belə bir məqamdə hər zaman gücündən danışdığımız Türkiyə mediası matəmə baxmayaraq proqramlarında heç bir dəyişiklik etməyib.

Əksər TV-lər gündəlik əyləncə və şou proqramlarını nümayiş etdiriblər.

Yalnız bir neçə kanalda matəm rəmzi olaraq qara lent işarələrinə rast gəlmək mümkündür.

Baxmayaraq ki, bu gün baş nazir Əhməd Davudoğlu çıxışında ölkədə 3 günlük matəm elan olunduğunu açıqlamışdı. 
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.