Dünya

Ərdoğan: "Ankarada törədilən partlayışın məqsədi vətəndaş qarşıdurması yaratmaqdır"

10 Oktyabr 2015 17:09
2 Şərh     Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ankarada törədilən partlayışın məqsədi vətəndaş qarşıdurması yaratmaqdır. Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasının məlumatında bildirilir.

Məlumatda bildirilir ki, hakimiyyət strukturları hazırda cinayətkarların tapılması üçün bütün tədbirləri həyata keçirirlər.

Qeyd edək ki, bu gün Ankarada dəmiryolu vağzalı yaxınlığında partlayış baş verib. Ankara polisinin verdiyi məlumata görə, terror aktında ölənlərin sayı 30-a, yaralananların sayı isə 126-ya çatıb.

Terror aktının kamikadze tərəfindən törədilməsi istisna olunmur.

Məlumatda bildirilir ki, Ankara polisi terrorçuların yeni terror aktları törətməsindən ehtiyat edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.