Dünya

Polisi hamilə arvadının yanında vurdular

10 Oktyabr 2015 15:00
11 Şərh     Baxış: 2 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Diyarbəkir vilayətinin Hani rayonunda yolu kəsən kürd PKK terror təşkilatının mənsubları polis zabitinin avtomobilini atəşə tutublar. 
Milli.Az DHA-ya istinadən bildirir ki, olay Sergenli kəndinin yaxınlığında yaşanıb.

Ankarada yaşayan polis zabiti Salih Eroğlu sükan arxasında olub. Avtomobildə onun hamilə xanımı və 3 yaşlı oğlu vardı.

S.Eroğlu hamilə xanımını Diyarbəkirdəki hospitala müayinəyə aparandan sonra geri dönürdü. O, yoldakı terrorçuları görəndə maşını geri döndərmək istəsə də, terrorçular atəş açıblar. 
Başından güllə yarası almış polisi təcili yardımla Diyarbəkirdəki Dicle Universitetinin xəstəxanasına aparılsa da, o, yolda keçinib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.