Dünya

Ankaradakı partlayışda xəsarət alanlar arasında azərbaycanlılar var? - AÇIQLAMA

10 Oktyabr 2015 14:03
0 Şərh     Baxış: 1 402
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şənbə günü Ankarada dəmiryolu vağzalı yaxınlığında baş verən partlayışda xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə informasiya hələ daxil olmayıb.

Bu barədə Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Qeyd edək ki, bu gün Ankarada dəmiryolu vağzalı yaxınlığında partlayış baş verib. 25 nəfərin öldüyü, çox sayda yaralı olduğu barədə məlumat verilib. Bu barədə Trend TRT Haber telekanalına istinadən məlumat verir.

Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları cəlb edilib. İlkin məlumatlarda partlayışın terror aktı olduğu ehtimal edilir.

Məlumatlarda ölənlərin və yaralıların sayının artacağı təxmin edilir.

Terror aktının kamikadze tərəfindən törədilməsi istisna olunmur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.