Dünya

Sensasiyalı əməliyyat: uşağın qopmuş başını tikdilər - VİDEO - FOTO

10 Oktyabr 2015 11:38
22 Şərh     Baxış: 8 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyada cərrahlar dünyanın ən unikal, hətta sensasiyalı əməliyyatını keçiriblər. Əməliyyat uğurla başa çatıb.

Milli.Az 7 News-a  istinadən bildirir ki, sentyabrın 15-də uşaq anası və 9 yaşlı bacısı ilə maşında idi. Ananın idarə etdiyi avtomobil 120 km/saat sürətlə hərəkət edirdi və o, qarşıdakı maşına dəyib.
Rilea Teylor oğlu Ceksonun dəhşətli travma aldığını anlayıb: "Onun boynunun sındığını gördüm. Ceksonu qucağıma alanda isə onun başı onurğasından ayrılmışdı".

16 aylıq uşağın başının onurğasından ayrılması olayını həkimlər "daxili dekapitasiya" adlandırıblar.
Balaca Cekson Brisben şəhərindəki hospitala aparılıb.
Əməliyyata isə Avstraliyada "onurğa sütununda əməliyyatların xaç atası" kimi tanınan Ceff Askin rəhbərlik edib.
Askinin dediyinə görə, karyerası boyunca belə ağır hadisə ilə rastlaşmayıb: "Uşaqların tam əksəriyyəti belə travmadan sonra sağ qala bilməzdilər. Sağ qalsaydılar belə, hətta əməliyyatdan sonra da onların hərəkət etmək və ya nəfəs almaq imkanları olmazdı".

Fəqət, Ceksonun 6 saat davam edən əməliyyatı uğurla başa çatıb.
Həkimlərin dediklərinə görə, uşaq tamamən sağalacaq.
Balaca Cekson boyun toxumaları və sinirlərinin normal vəziyyətə dönməsi üçün boynunda iki ay xüsusi qurğu gəzdirməlidir.
Amma o, normal həyata dönəcək.
Rilea Teylor yolda avtomobilləri səhlənkarcasına idarə edən sürücülərə qarşı cəzanın sərtləşdirilməsini tələb edən petisiya yazıb.

"Yolu dönmək istəyəndə qarşımı 110 km/saat sürətlə hərəkət edən maşın kəsdi. Bir an sonra ətrafı toz bürüdü, zərbəni hiss etdim. Zərbə o qədər güclü idi ki, maşındakı bütün təhlükəsizlik yastıqları açıldı. 9 yaşlı qızım huşunu itirdi, 16 aylıq oğlum isə qışqırırdı. Onlar qan içində idilər. Əzilmiş qapını aralayıb çıxanda bizi vuranları gördüm. Məktəbli formasında 3 oğlan. Onlar övladlarımı şikəst etmişdilər. Oğlumu maşından çıxardım və anladım ki, Ceksonun boynu sınıb. Yoldan ötənlər, habelə arxamızca gələn maşında olan ərimin valideynləri bizə yardım etməyə çalışırdılar. Ağlamamağa çalışırdım, çünki şokda idim", - Rilea Teylor yazıb.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.