Dünya

Ali təhsilli azərbaycanlı Moskvada niyə zibil arabası daşıyır? - VİDEO

9 Oktyabr 2015 13:01
30 Şərh     Baxış: 4 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda iş tapa bilməyən ali təhsilli azərbaycanlı gənc çörəkpulunu Moskvada zibil arabalarından çıxarır.

Bu barədə Milli.Az-a Aqşin Hüseynov adlı oxucu məlumat verib.

Onun sözlərinə görə, həmin şəxs onun tanışı, Azərbaycanın Tovuz rayonunun Qaraxanlı kəndindən olan. 1990-ci il təvəllüdlü Rəhimov Hacı Tural oğludur. Ali təhsillidir. Hazırda Rusiyanın paytaxtı Moskva şəhərində yaşayır.

Özünün sözlərinə görə, Azərbaycanda iş tapa bilmədiyinə görə çörəkpulu üçün Moskvaya gəlib.
Bakıda dövlət qulluğuna girmək üçün imtahan verib. Lakin ondan daha az bal toplayanlar "dayı"larının hesabına dövlət qulluqçusu ola biliblər, amma Hacı kənarda qalıb. 

Bütün bunlardan sonra bezib Moskvaya üz tutub. Hazırda Moskvada bazarlardan birində zibil arabası sürür. Her gecə bazardakı zibil qutularını boşaldır və içi yuyulandan sonra yeniden yerinə düzür. Bunun qarşılığında gündə 800 rubl qazanır.

İlkin İzzət

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.