Dünya

ABŞ-a hələ belə "tərs şillə" vurulmamışdı

9 Oktyabr 2015 12:24
13 Şərh     Baxış: 2 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-Rusiya münasibətləri tarixində ilk dəfə olaraq iki ölkənin hərbi-hava qüvvələri aşkar qarşıdurmaya başlayıblar.

Milli.Az Reuters-ə istinadən bildirir ki, NATO-nun Türkiyədəki İncirlik aviabazasından səmaya qalxan iki F-14 qırıcısı ABŞ-ın Hərbi-Hava Qüvvələri Komandanlığının xüsusi tapşırığını yerinə yetirməli idi.
Təyyarələr Suriyanın hava məkanına daxil olanda onların qarşısını Rusiya Hərbi-Hava Qüvvələrinin Suriyadakı Hmeyvim aviabazasından səmaya qaldırılmış Su-34 təyyarəsi kəsib.

Amerikalı pilotlar Rusiya təyyarəsinin hədəfinə alınıblar. 
F-14 təyyarələri Rusiya təyyarəsi ilə məsafəni qorumaq istəsə də, Su-34 sürətlə onlara tərəf irəliləyib. Belə durumda F-14 qırıcıları tapşırığı yarımçıq qoyaraq geri qayıdıblar.

Ekspertlər baş verən olayı "ABŞ-a tərs şillə" adlandırıblar.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.