Dünya

"Anadolu" Agentliyinin müxbiri Suriyada həlak oldu

9 Oktyabr 2015 09:58
2 Şərh     Baxış: 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Anadolu" Agentliyinin müxbiri Salih Mahmud Leyla Suriyanın Hələb şəhərində bomba ilə yüklənmiş avtomobillə edilən hücum nəticəsində həyatını itirib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, ötən gecə Suriyanın Hələb şəhərinin Hareten hissəsində, bazarda bomba yüklənmiş avtomobilin partlaması nəticəsində "Anadolu" agentliyinin müxbiri də daxil olmaqla 30 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Yaralılar Türkiyənin Kilis şəhərindəki dövlət xəstəxanasına yerləşdirliblər.

Qeyd edək ki, Salih Mahmud Leyla bu ilin iyulunda Hələbin Cəmiyeti əz-Zəhra bölgəsindəki döyüşü izləyərkən üzündən yaralanıbmış, o, Türkiyədə müalicə olunduqdan sonra yenidən Suriyada peşə vəzifəsinin icrasını davam etdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.