Dünya

Kəndli 161 min siçovul öldürdü - FOTO

9 Oktyabr 2015 09:55
7 Şərh     Baxış: 1 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Banqladeşdə insan həyatı üçün təhlükəli olan gəmiricilər, xüsusilə də siçovulların məhv edilməsi ilə bağlı ümummilli kampaniyanın ilkin mərhələsi başa çatıb. Fermer Əbdül Xaliq Mirbahor hamıdan çox siçovul öldürdüyü üçün 20 min Banqladeş takası, yəni 238 ABŞ dolları məbləğində mükafat alıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 55 yaşlı Mirbahor 161220 siçovul öldürüb.
Ölkə paytaxtı Dəkkədə keçirilən mərasimdə "siçovul qatili"nə mükafat təqdim olunub.
Fermer öldürdüyü siçovulların quyruqlarını hesablama komitəsinə verib.
"Mirbahor bu siçovulları bir il ərzində öldürüb. Dediyinə görə, taxılı və anbardakı ehtiyatları yeyən, korlayan, xəstəliklər yayan gəmiriciləri məhv etmək ona ləzzət verir", - Banqladeş Kənd Təsərrüfatı Bitkilərinin Mühafizəsi Xidmətinin rəhbəri Kəlam Azad Abdul deyib.

Fermer Mirbahor bundan sonra da siçovullara divan tutacağını bildirib: "1996-cı ildən bəri siçovul öldürməyə başlamışam. Bu gəmiricilər ölkənin və millətin düşmənləridir".

Həmkəndliləri isə Mirbahoru "siçovul qatili, dəli" adldandırırlar.

Banqladeşin Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, gəmiricilər ölkədə hər il 1,5-2 milyon ton ərzağı məhv edirlər.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.