Dünya

Ebola bəlası yenidən başlayır?

9 Oktyabr 2015 09:43
2 Şərh     Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nigeriyanın cənubunda yerləşən Kalabar şəhərində 10 nəfər "Ebola" virusuna yoluxmaqda şübhəli bilinərək xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladə Hallar Agentliyinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Ebola təhlükəsi Nigeriyaya yenidən qayıdır. On nəfər Kalabarda karantin altına alınıb", - deyə idarənin saytında bildirilir.

İlkin məlumatlara görə, xəstəliyə yoluxanların 15 nəfərə qədər artma riski var.
Ölkə hələ 2014-cü ilin oktyabrında virusdan azad elan olunmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.