Dünya

Rusiya MN: "ABŞ-ın İŞİD-ə qarşı mübarizə ilə bağlı təkliflərini qəbul edə bilərik"

7 Oktyabr 2015 14:07
0 Şərh     Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Müdafiə Nazirliyi Pentaqonun Suriyada "İslam dövləti"nə qarşı mübarizədə koordinasiya ilə bağlı təkliflərini qəbul edə bilər.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.  

O bildirib ki, bu gün ekspertlər müvafiq detalları müzakirə edəcəklər.

"Yalnız ayrı-ayrı texniki detalları dəqiqləşdirmək lazımdır. Onları bu gün Rusiya Müdafiə Nazirliyinin və Pentaqonun nümayəndələri müzakirə edəcəklər", - deyə o vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.