Dünya

Şahnaz milyonçu ərini bomja döndərdi: "Qoy gəbərsin!" - VİDEO - FOTO

7 Oktyabr 2015 12:58
11 Şərh     Baxış: 4 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Artıq yarım ildən çoxdur ki, bu qoca kişi həyətdə yaşayır. Gündüzlər ağacların altında yatır, dolaşır, gecələr də üstünü yarpaqlarla örtüb yatır. Halı çox pisdir. Güclə gəzir, öskürür, nəfəs alanda xırıldayır. Onun öləcəyindən qorxuruq".

ABŞ-ın Texas ştatının Harris bölgəsində, Teylor Leyk şəhərciyində yaşayan 67 yaşlı Şərafət Xan 6 aydır evinin həyətində yaşayır.
61 yaşlı arvadı Şahnaz ərini evə buraxmır.

Milli.Az KPRC-yə istinadən bildirir ki, Şahnaz ərini evə buraxmamaqla kifayətlənmir. O, qonşularına ərinə yemək, yataq, su, ədyal verməyi qəti qadağan edib.

İki övlad valideynləri olan Şərafətlə Şahnazın münasibətləri 6 il əvvəl pozulub. Şahnaz boşanmaq istəsə də, əri onu boşamır.

Səbr kasası daşan 61 yaşlı Şahnaz yarım il əvvəl ərini evdən qovub, sonra da malikanənin bütün qapı və pəncərələrinin qıfıllarını dəyişib.

Vaxtilə tanınmış cərrah olmuş Şərafət Xan indi 1,3 milyon dollarlıq malikanəsinin həyətində bomj kimi yaşayır.

Şərafət multimilyonçu idi və arvadını sevirdi. Fəqət, 6 il əvvəl arvadı Şərafəti dilə tutaraq bütün daşınmaz əmlakı, pulları, bank hesablarını öz adına keçirməyə nail olmuşdu. "Daha az vergi vermək üçün belə lazımdır" demişdi və əri də inanmışdı.

Milyonları olan Şərafət indi pulsuz, evsiz-eşiksizdir.

Arvadı övladlarına ona yaxın durmağı, hətta su verməyi də qadağan edib. Övladlar da ananın tərəfini tutublar.

Beləcə, Şərafət pullarından sonra evini də itirib və həyətdə yaşamağa məcbur olub.

"Qoy gəbərsin! Ona yaxın durmayın!" - Şahnaz övladlarına belə demişdi.

Xan ailəsinin qonşusu Debbi Skoqqins deyib: "Şərafət çox zəifləyib. Gündüzlər ağlayır. Polis çağırmışdıq. Düz 30 dəfə. Polisdən dedilər ki, qanun pozulmayıb, heç nə edə bilməzlər. Şərafət arvadından polisə şikayətlənmir və bunu istəmir. Arvadı isə ona yemək, su, ədyal verməyi qadağan edib. Bir-iki dəfə Şərafətə ədyal verdik, amma arvadı onun əlindən aldı".
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.