Dünya

Milyonlarla insan Suriyanı tərk edə bilər

6 Oktyabr 2015 22:46
4 Şərh     Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Aİ-yə xəbərdarlıq edib ki, vətəndaş müharibəsi qızışdıqca daha çox qaçqın Suriyanı tərk edə bilər, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bildirib.
O deyib ki, Rusiya və İranın Suriyadakı iştirakı, prezident Bəşər əl-Əsədin qələbəsini mümkün edir.
Türkiyənin təxminlərinə görə, bu, Hələb və digər bölgələrdən daha üç milyon qaçqın deməkdir.
Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) bildirir ki, hələ ki, Suriyanı daha çox insanın tərk etməsinə dair məlumat yoxdur.
"Zorakılıq və artan hərbi fəallıq dinc sakinlərin köç etməsinə səbəb olur", İOM sözçüsü Leonard Doyle BBC-ə bildirib.
Onun sözlərinə görə, təşkilat hazırda bölgədə vəziyyəti nəzərdən keçirir. O əlavə edib ki, cənab Tuskun şərhi "spekulyativdir".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.