Dünya

ABŞ hospitalın bombalanmasını araşdırır

4 Oktyabr 2015 21:18
0 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Barak Obama Əfqanıstanın Kunduz vilayətində "Sərhədzis həkimlər" (MSF) beynəlxalq təşkilatının hospitalına hava zərbə endirilməsinin "hərtərəfli araşdırılmasına" başlandığını bəyan edib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, şənbə günü hospitala endirilmiş hava zərbəsi nəticəsində 19 adam həlak olub.

ABŞ hərbi aviasiyası Kunduz şəhərində Talibanı hədəflədiyini bildirərək əməliyyat zamanı kənar itkilərin ola bildiyini isitisna etməyib. Hadisəyə görə "dərin hüznlə başsağlığı" bildirən ABŞ prezidenti Barak Obama "faktların tam aydınlaşdırıldığını" gözlədiyini və bundan sonra qəti qərar çıxaracağını bildirib.

İnsident nəticəsində MSF təşkilatının azı 12 əməkdaşı və 7 xəstə həlak olub. BMT hava zərbələrini "bağışlanmaz və, güman kı, cinayətkar" hərəkət kimi dəyərləndirərək təşkilatın baş katibi Ban Ki-moon adından hadisənin hərtərəfli və obyektiv istintaq olunmasına çağırıb.

Əfqanıstan ordusu iki gün əvvəl Taliban yaraqlılarının ələ keçirdiyi Kunduz şəhəri uğrunda hazırda ağır döyüşlər aparır. Son dövrdə Talibanın yenidən fəallaşması baş verir və onunla mübarizə çərçivəsində Kunduzda aparılan əməliyyatlar hazırkı Əfqanıstan iqtidarı üçün mühüm əhəmiyyət kəsb edir.

Əfqanıstan təhlükəsizlik qüvvələri şəhər aeroportuna və bütövlükdə şəhərə nəzarəti yenidən əldə etmək üçün burada irimiqyaslı hücumlara başlayıblar. Məlum olduğu kimi, Əfqanıstan ordusuna ABŞ aviasiyası da güclü dəstək verir. Ordunun qarşısına, nəyin bahasına olursa-olsun, şəhəri yaraqlılardan azad etmək vəzifəsi qoyulub. Hər iki tərəfdən ölən və yaralananlar var.

Əfqanıstanın şimalında yerləşən və 300 mindən çox əhalisi olan Kunduz şəhəri ölkənin vacib nəqliyyat mərkəzlərindən biri sayılır və hərbi nöqteyi-nəzərdən böyük strateji əhəmiyyət daşıyır. Taliban yaraqlıları 2001-ci ildən sonra iilk dəfədir ki, belə bir böyük şəhəri ələ keçirə biliblər. Onlar təbii ki, "bu uğuru" əldən vermək istəmirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.