Dünya

İslamçılar ABŞ-dan kömək istədilər

4 Oktyabr 2015 14:00
13 Şərh     Baxış: 1 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ tərəfindən dəstəklənən Suriya üsyançıları Barak Obama administrasiyasına müraciət edərək Rusiyanın aviazərbələrindən müdafiə olunmaq üçün onlara "yer-hava" tipli raketlər verməyi xahiş ediblər.

Virtualaz.org saytı xəbər verir ki, bu sensasion məlumatı "The Washington Post" qəzeti yayıb.

Qəzet onu da dəqiqləşdirib ki, ABŞ-a silah xahişi ilə mötədil islamçı qruplaşmalardan sayılan "Liva sukur əl-Cəbəl"in komandanı Həsən Həcc Əli müraciət edib. O, həmçinin ABŞ-ı Rusiyaya təzyiq göstərməyə çağırıb.

"Təcəmu əl-İzza" adlı islamçı qruplaşma da ABŞ-a oxşar xahişi ilə müraciət edərək ondan silah istəyib. Bu dəstənin rəhbərlərindən olan Mustafa Moarati bildirib ki, Rusiya bombardmançıları oktyabrın 1-də onların mövqelərinə zərbələr endirib.

M.Moarati onu da əlavə edib ki, onun qruplaşması ABŞ-dan artıq idarəolunan tank əleyhinə raketlər alıb.

ABŞ hərbi dairələrindən "The Washington Post" qəzetinə bildirilib ki, Suriya islamçılarının silah yardımına dair xahişi Ağ Ev və Pentaqonda müzakirə olunur.

Xatırladaq ki, Rusiya sentyabrın 30-da Suriyaya ordu yeridib. Rusiya bombardmançıları İŞİD-in və Bəşər Əsədə qarşı çıxan digər qüvvələrin mövqelərinə sarsıdıcı aviazərbələr endirməkdə davam edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.