Dünya

İran kişiləri arvadlarının müdafiəsinə qalxıblar

3 Oktyabr 2015 23:34
2 Şərh     Baxış: 2 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda kişilər qadınlarla bərabərliklərini elan edən fotoşəkillərini Facebook-da paylaşırlar.
Nilufər Ərdəlan İran mini futbol komandasının kapitanıdır. Onun ləğəbi "Qol xanım"dır.
O bu ilin əvvəllərində ölkənisini təmsil etmək üçün Malayziyaya səfər edə bilməyib. Xanım Ərdəlan İran mediasına müsahibələrində deyib ki, Malayziyada keçiriləcək matça getməsinə əri icazə verməyib.

Milli.Az BBC-yə istinadən bildirir ki, İranda evlənənlər arasında imzalanan standart müqaviləyə görə arvadlar xaricə səfər etmək, haradasa yaşamaq və ya işləmək və ya hətta boşanmaq təşəbbüsü qaldırmaq üçün ərlərindən icazə almalıldırlar.
Məsələn, xanım Ərdəlanın səfərinə icazə verməyən əri - Mehdi Tütünçi tanınmış idman jurnalistidir. O istəyirdi ki, xanımı oğullarının ilk məktəb günündə onun yanında olsun.

Lakin ərlər istəsələr, ilkin kontraktın şərtlərini dəyişə bilərlər. Ərdəlanın əhvalatını eşidən bir çox İran kişiləri elə belə də ediblər. Onlar müqavilənin şətrtlərini dəyişdikdən sonra öz fotolarını social mediada paylaşırlar.


Onlar öz şəkillərini hazırda ABŞ-da yaşayan jurnalist Məsih Əlinejadın "Mənim oğrun azadlığım" adlı Facebook səhifəsinə göndərirlər. Bu səhifə keçən il İran qadınlarının hüquqlarının müdafiəsi üçün yaradılıb. Bu şəkillərdən bir çoxunda başından çadrasını və ya hicabını çıxarıb atan qadınlar əks olunublar.

Xanım Əlinejad deyir ki, fotoları səhifəyə göndərməzdən əvvəl onların həqiqiliyini yoxlayır. Axı bu şəkillər 100 min dəfələrlə paylaşılır. O qərara gəlib ki, "Növbə kişilərindir" adlı bu kampaniyanın ömrünü uzatmaq üçün günə cəmi iki şəkil post etsin.
Xanım Əlinejad bildirib ki, İranda bir çox qadınlar ilkin nikah kontraktlarına düzəliş etməyin mümkünlüyündən xəbərsizdirlər.
Jurnalist deyir ki, qadın azadlıqlarına önəm verən açıq görüşlü kişilər də az deyillər.

Bu kampaniya başlanğıcda, sadəcə olaraq kişiləri öz xanımlarının hüquqularını məhdudlaşdırmamağa çağırırdı. Lakin bunun ardınca bir çox kişilər qadınlarının bütün hüquqlarını, o cümlədən xaricə səfər etmək və ya boşanmaq hüquqlarını onlara qaytardıqları barədə xəbərlər verməyə başladılar.
Onlardan bəziləri bunun sübutu kimi nikah kontraktlarının fotolarını post edirlər.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.