Dünya

Çirkin kişilər gözəl qadınları necə ələ keçirirlər?

5 Sentyabr 2015 19:13
10 Şərh     Baxış: 3 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gözəl və ideal bir qızla tanış olmaq üçün varlı ya da məşhur olmağa ehtiyac yoxdur. Çox sadə üsullarla yaraşıqlı və cəlbedici görünmək öz əlinizdədir. Yetər ki siz istəyin!

Milli.Az sputnik-ə istinadən bildirir ki, yəqin ki, siz də dəfələrlə şəhərdə gəzərkən bir-birinə yaraşmayan, nə boyları nə də görkəmləri uyuşmayan cütlüklərlə rastlaşıbsınız. Və bu sizi çox təəccübləndirib. İçinizdən "axı necə ola bilər ki, bu cür gözəl bir qadın özünə yaraşmayan kişi ilə bir yerdədir" demisiniz. 

Əgər istəsəniz siz də o kişinin yerində ola bilərsiniz. Necə? Aşağıda qeyd olunanlara əməl etməklə təbii ki. 

1. Şirin söz ilanı yuvasından çıxartdığı kimi, məstedici ətir də qadını başdan çıxarar. Seçdiyiniz keyfiyyətli ətir sizin həyatınızı dəyişə bilər. 

2. Heç bir qadın cingiltili və ya yüksək tonla danışan kişiləri dinləməyi sevmir. Gözəl və ehtiraslı səs tonu olan hazırcavab bir kişi qadını asanlıqla ələ ala bilər. 

3. Qadınlara oxuduğunuz kitablar və izlədiyiniz filmlər barəsində danışın. Və unutmayın, gözəl və ideal qadınlar əsla fantastik filmləri və kitabları sevməzlər. Ona görə də, bu haqda söhbət açarkən diqqətli olun. 

4. Ağıllı və xarizmatik kişilər harada, necə davranmaq lazım olduğunu hər zaman bilir. Nə yediyinizə, nə içdiyinizə və hara gedəcəyinizə diqqət yetirin. Bunun yaraşıqlılıqla heç bir əlaqəsi yoxdur. Xoşladığınız qadınla eyni süfrə arxasında əyləşibsinizsə, heç vaxt ət yeməklərinə üstünlük verməyin. Kababı çox sevsəniz belə onun yanında yeməyin. Unutmayın, o sizin kişi dostunuz deyil, xoşladığınız qadındır.

5. Bir çox qadınlar arasında aparılan sorğu nəticəsində, kişidəki saqqalın ovsunlayıcı xüsusiyyətə malik olduğu sübut olunub. Və əgər gözləriniz də gözəl baxırsa qadını ələ keçirmək şansınız olduqca yüksəkdir.

6. Dünyanın ən yaraşıqlı insanı olsanız belə, əgər əsəbi və bədbin görünsəniz, qadınlar üçün qətiyyən cazibədar deyilsiniz. Müsbət enerjili və gülərüz olun. 

7. Bədən təmizliyinizə diqqət edin. Dişlərinizi hər gün yuyun, dırnaqlarınızı vaxtında təmizləyin. Çünki heç bir qadın ağzından iy gələn kişi ilə öpüşmək istəməz.

8. Və sonda. Qadınlar sosial həyatda aktiv olan kişilərə üstünlük verirlər.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.