Dünya

Olland Ərdoğana zəng vurdu - Gündəm ölən suriyalı uşaq...

3 Sentyabr 2015 21:22
3 Şərh     Baxış: 1 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa prezidenti Fransua Olland Türkiyə dövlət başçısı Rəcəb Tayyub Ərdoğanla telefon danışığı aparıb.

"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Olland Elysee Sarayında İrlandiyanın baş naziri Enda Kennini qəbul etdikdən sonra bir neçə dünya liderləri ilə telefonla əlaqə saxlayıb. Onlar sırasında Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğanda olub.

O, jurnalistlərə açıqlamasında Ərdoğanla müzakirəsinin detallarını açıqlayıb.

Fransa prezidenti Ərdoğanla Bodrumda suriyalı uşağın sahilə vuran cansız bədəninin fotoları barədə müzakirə aparıb.

Bu fotolardan sonra bütün dünyada məsuliyyət şüurunun canlandırılmasının lazım olduğu qeyd olunub.

Olland fotoların dünya gündəmini zəbt etdiyini, immiqrantlara qarşı münasibətin və nəzarətin gücləndirilməsini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.