Dünya

Barak Obama nüvə razılaşması ilə bağlı zəruri 34 səsi əldə etdi

2 Sentyabr 2015 21:00
0 Şərh     Baxış: 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Administrasiyası İranla nüvə razılaşmasının bloklanmasının qarşısını almaq üçün Senatda kifayət qədər səsi təmin edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Merilend ştatını təmsil edən senator Barbara Mikulski "altılığ"ın İranla əldə etdiyi razılaşmanı dəstəkləməyə hazır olan 34-cü senator oldu.

Bununla da ABŞ Administrasiyası Konqresdə sövdələşməni qorumaq üçün lazımi dəstəyi əldə edə bilib.

Konqresin hər iki palatası İranla razılaşmanın əleyhinə səs verdikdən sonra ABŞ Prezidenti Barak Obamanın həmin qətnaməyə veto qoyacağı gözlənilir. Prezidentin vetosunun öhdəsindən gəlmək üçün Konqresin hər iki palatasında çoxluğun səsi tələb olunur - bu, Senatda 100 səsdən 67-sidir. Bununla da senatorların 34-nün razılaşmanın lehinə səs verməsi Konqresə onu bloka almağa imkan vermir. Konqresin İranın nüvə sazişinə sentyabrın ortalarında baxacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.