Dünya

Tatlısəs deputatlıq üçün müraciət etdi

2 Sentyabr 2015 10:59
4 Şərh     Baxış: 1 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses millət vəkili olmaq üçün ilk addımı atdı.

Anspress-in yerli mətbuata istinadən verdiyi məlumata görə, müğənni hakim Ədalət və İnkişaf Partiyasından (AKP) namizədliyə namizəd olmaq üçün rəsmi müraciət edib. Şanlıurfadan namizədliyə namizəd olmaq istəyən Tatlıses üçün müraciəti AKP Şanlıurfa təşkilatına müğənninin vəkili Əhməd Türkmən edib. İbrahim Tatlısesin müraciət sənədləri AKP təşkilatının komissiya sədri Mehmet Büyükfırata təhvil verilib.

Vəkil Əhməd Türkmən çıxışda jurnalistlərə açıqlama verib. "İbrahim bəyin istəyi ilə bu gün AKP-dən namizəd olması üçün müraciət etdik. Bir müddət sonra özü də Şanlıurfaya gələcək və seçki fəaliyyətinə başlayacaq."

Müğənni İbrahim Tatlıses sosial şəbəkədəki təqibçilərinə "Məni harada görmək istəsəniz, mən orada olacağam" - demişdi.

Xatırladaq ki, bundan əvvəl də İbrahim Tatlısesin siyasətə girmək üçün uğursuz cəhdləri olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.