Dünya

Qəzəblənmiş ruslar ermənini döyərək öldürdülər - VİDEO

1 Sentyabr 2015 11:34
4 Şərh     Baxış: 2 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada qəzəbli kütlə ermənini döyərək öldürüb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, hadisə dünən gecə olub. Kənd əhalisi həmin gecə bayram qeyd edirdi. 22 yaşlı erməni Rafael Xalqatyan və onun 45 yaşlı atası Sergey Xalqatyan da onların arasında olub. 

Tədbirdə hər kəs əylənərkən həddən artıq spirtli içki içmiş Rafael özünün "Ford Focus" markalı avtombilinə oturub. Dərhal sonra atası da maşına əyləşib. Sükan arxasında olan Rafael maşını işə salan kimi idarəetməni itirib və kənarda park edilmiş avtomobillərə çırpılıb. İnsanlardan xəsarət alan olmasa da, 5 maşına ciddi zərər dəyib. 

Rafael Xalqatyanın bacısı Edita Mitinanın sözlərinə görə, maşın dayanan kimi qəzəblənmiş insanlar Rafaeli zorla maşından çıxarıb və döyməyə başlayıblar. Nəticədə bir qız atası Rafael Xalqatyan aldığı zərbələrdən ölüb.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.