Dünya

"İŞİD-in Qafqaz və Azərbaycanla bağlı da planları var"

31 Avqust 2015 14:18
5 Şərh     Baxış: 1 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD-in Azərbaycanı və Qafqazı əhatə edən planları var.

APA-nın məlumatına görə, bu sözləri Əfqanıstanın vitse-prezidenti, general Əbdürrəşid Dostum "Anadolu" agentliyinə müsahibəsində deyib. O bildirib ki, Taliban və İŞİD təkcə Əfqanıstan üçün deyil, Orta Asiya və dünya üçün böyük təhlükədir: "İŞİD dünyanın düşmənidir. Özbəkistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan və Qafqazı əhatə edən planları var. Suriya və İraqda törətdiklərinin eynisini buralarda da etmək istəyirlər".

İllərdir Əfqanıstan türklərinin hüquqları üçün mübarizə apardığını söyləyən general Dostum, özünü türk adlandıran vətəndaşların problemlərlə qarşılaşdığın deyib: "Əfqanıstanda türk sözü bəziləri tərəfindən sevilmir. Təklif edirəm ki, Əfqanıstanda olan türkmənlər və özbəklər ümumilikdə türk  adlandırılsın. Ölkədə başlanan yenidənqurma işlərinə baxmayaraq, türklərin yaşadığı bölgələrdə ciddi layihələr həyata keçirilmir. Türkiyə prezidenti və baş nazirindən istəyimiz bu ərazilərdə məktəb və xəstəxana tikdirmələridir. Əfqanıstan türkləri çox geridə qalıb. Bəzi şəhərlərimizdə məktəb yoxdur. Türkiyənin Əfqanıstan türklərinə kömək etməsini istəyirəm. Gənclərimiz təhsil almalıdır. Mən öldükdən sonra mənim daşıdığım bayraq əldən-ələ keçməli də yerə düşməməlidir".

Ə. Dostum Türkiyədəki terror hücumlarından xəbərdar olduğunu da bildirib: "Mətbuatdan izlədiyimə görə, türk əsgərlərinə terror hücumları olur. Şəhidlərin ata-analarına, ailələrinə və Türkiyə prezidentinə başsağlığı verirəm".

Qeyd edək ki, general Əbdürrəşid Dostumun atası özbək, anası türkməndir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.