Dünya

Ərdoğan: "Heç kim at oynada bilməyəcək"

31 Avqust 2015 09:25
0 Şərh     Baxış: 1 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ölkə bir neçə oğrunun və terrorçunun at oynadacağı ölkə deyil. Etdiklərinin hesabını verəcəklər. 

Anspress-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Zəfər Bayramı ilə əlaqədər keçirilən tədbirdən sonra jurnalistlərə verdiyi açıqlamada deyib. 

Ərdoğan seçkilərdə təhlükəsizliklə bağlı danışarkən deyib ki, 7 iyunda yaşananlar 1 noyabrda yaşanmayacaq. 

"Bizim etdiyimiz hər şey konstitusiyaya uyğundur. Bundan daha təbii heç nə ola bilməz. Əgər nədənsə narazısansa, gəl bizə kömək et. Ümid edir ki, millətimiz bizə 1 noyabr seçkilərində yaşatdıqları bu çətin dövrü bir də yaşatmaz. Verdikləri qərarla 2016-cı ilə qədəm qoymuş olarıq".

Prezidənt Xalqların Demokrat Partiyasını da (HDP) tənqid edərək partiyanı dağdakı PKK terrorçularına kömək etməkdə günahlandırıb:

"Mən bunların münasibətini səmimi hesab etmirəm. HDP-lilər 7 iyundan əvvəl də belə idilər. Parlamentdə 80 millət vəkili yeri əldə edəndən sonra daha da pis oldular. Dağdakı PKK terrorçularına kömək etməyə başladılar".

Hədəfinin iqtisadi cəhətdən Türkiyəni dünyanın 10 ölkəsindən birinə çevirmək olduğunu deyən Ərdoğan baş verən terror hadisələrinin onları yollarından döndərmədiyini bildirib. 

Ötən gün Türkiyədə Zəfər Bayramı qeyd edilib. Ölkə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətini işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr bugünkü Türkiyə Cümhuriyyətini qurublar.

Möhtəşəm Çanaqqala zəfəri sonradan bütün Türkiyənin, eləcə də türk dünyasının zəfəri kimi qeyd olunmağa başlayıb. Bayramın tarixi 1922-ci ildən başlayır. 

Türkiyə son dövrlərin ən çətin günlərini yaşayır. Bir yandan terror hücumları, bir yandan isə seçkilərdən vahid bir partiyanın qalib kimi höküməti qura bilməməsi ölkədə vəziyyətin gərginləşməsinə səbəb oldu. Rəcəb Tayyib Ərdoğan yeni hökümət qurulması üçün partiyalar arasında razılıq əldə olunmadığı üçün ölkədə yeni seçkilərn keçirilməsinə qərar verdi. Növbəti seçkilər noyabrın 1 nə təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.