Dünya

Avropada rəzalət

30 Avqust 2015 21:57
1 Şərh     Baxış: 1 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Avstriya polisi bildirib ki, üç suriyalı uşaq və onların valideynləri müalicə aldıqları hospitaldan yoxa çıxıblar. Onlar 26 miqrantın olduğu kiçik yük maşınında aşkar edilmişdi.

Uşaqlar cümə günü Braunau am İnn şəhərindəki hospitalda yerləşdirilmişdi. Onların susuzluqdan ciddi əziyyət çəkdiyi bildirilir.

Onlar Avstriyada sahibsiz yük maşınında miqrant olduqları güman edilən 71 cəsədin aşkar edilməsinin ardından tapılıb.

Bir neçə Avropa ölkəsi miqrant böhranı ilə bağlı təcili danışıqların keçirilməsinə çağırıb.

Avstriya polisinin bildirdiyinə görə, onlar yük maşınını cümə günü, Almaniya ilə sərhədə yaxın saxlayıblar və maşının rumıniyalı sürücüsünü həbs ediblər.

İki qız, bir oğlan olan uşaqlar təxminən 1 və 5 yaşlarında olub və onların Suriya, Əfqanıstan və Banqladeşdən olan digər miqrantlarla birgə yük maşınına yerləşdirildiyi bildirilir.

Polisin sözlərinə görə, onlar aşkar edilərkən ağır xəstə olublar, hətta huşları özlərində olmayıb.

BBC müxbiri Betani Bellin sözlərinə görə, uşaqlar və onların ailəsi şənbə günü hospitaldan yoxa çıxıb.

Rəsmilər onların Macarıstana deportasiyadan yayınmaq üçün Almaniyaya keçməyə çalışdıqlarına inanır.

Bazar günü isə Macarıstan polisinin sözlərinə görə, onlar 71 nəfərin ölümü ilə bağlı beşinci şəxsi həbs ediblər. Onun Bolqarıstandan olduğu deyilir.

Digər həbs edilmiş üç nəfər də bolqarıstanlıdır. Beşinci həbs edilənin isə əfqan olduğu bildirilir.

Rəsmilər onların insan qaçaqçılığı ilə məşğul olan dəstədən olduğunu güman edir.

59 kişi, 8 qadın və 4 uşaqdan ibarət miqrantın cəsədi cümə axşamı başsız buraxılmış yük maşınında tapılıb.

Onların əsasən suriyalı olduğu güman edilir. Rəsmilərin bildirdiyinə görə, onlar böyük ehtimalla iki gün əvvəl boğulmadan ölüblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.