Dünya

Türkiyə yenə qarışdı, bir uşaq öldü

30 Avqust 2015 15:14
0 Şərh     Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə terror hadisələri səngimək bilmir. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu dəfə Diyarbakırın Silvan mahalında terror aktı qeydə alınıb. 

PKK-çılar Böyük Çeşme prospektinə əvvəlcədən yerləşdirdikləri bombanı işə salıb. Hadisə zamanı adı hələlik məlum olmayan bir uşaq dünyasını dəyişib. 

Uşağın cəsədi Silvan Dövlət Xəstəxanasına aparılıb. 

Partlayış səbəbiylə bir evin bağçasının divarı sökülüb,  yola ciddi ziyan dəyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.