Dünya

Liviyadan Avropaya miqrant daşıyan təknənin batması nəticəsində ölənlərin sayı 119 nəfərə çatıb

30 Avqust 2015 12:42
0 Şərh     Baxış: 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Liviyadan Avropaya miqrant aparan təknənin batması nəticəsində ölənlərin sayı 119 nəfərə çatıb.

APA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, təknədə ümumilikdə 400 nəfərin olduğu, onlardan yalnız 198 nəfərinin sağ qurtarıldığı bildirilib.
 
Qızıl Ay təşkilatının Liviya təmsilçiliyi axtarışların davam etdiyini bildirib.
 
Liviya rəsmiləri isə bu miqrant axınını "insan alveri" adlandırıb və bunu təşkil edən bir neçə nəfərin həbs edildiyini bildirib.
 
Qeyd edək ki, bu il Avropaya  dəniz yol ilə 255 mindən çox qaçqın gedib. Ötən il isə 219 min nəfər Avropa qaçqın kimi gedib, 3 500 nəfər isə bu yolda ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.