Dünya

Mövlüd Çavuşoğlu ölümlə üz-üzə

30 Avqust 2015 12:16
0 Şərh     Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin sabiq xarici işlər naziri Mövlüd Çavuşoğlunun xidməti avtomobili özü də maşında ikən yanmağa başlayıb. Milli.Az anspress-ə istinadən xəbər verir ki, hadisə Antalyada, Mövlüd Çavuşoğlu Finike bələdiyyə sədrinin oğlunun toy mərasiminə gedərkən baş verib. Hərəkət vaxtı avtomobilin mühərrik hissəsində yanğının başlaması ilə Mövlüd Çavuşoğlu maşından düşüb və onu müşayiət edən cangüdənlərin avtomobili ilə yoluna davam edib.

Sabiq nazirin maşınında başlayan yanğın isə cangüdənlər tərəfindən yanğınsöndürmə balonu ilə söndürülüb. Daha sonra faktla bağlı açıqlama verən sabiq nazir önəmli bir şey olmadığını, maşının mühərrik hissəsinə düşən neylonun istinin təsiri ilə yanmağa başladığını deyib.

Xatırladaq ki, Türkiyədə seçkiyə qədər müvəqqəti hökumətin qurulması ilə Xarici İşlər Nazirliyi postuna Feridun Siniroğlu təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.