Dünya

ABŞ-da güclü qasırğa olub, ölən və yaralananlar var - FOTO

30 Avqust 2015 09:42
0 Şərh     Baxış: 1 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Sietl şəhərində (Vaşinqton ştatı) baş verən güclü qasırğa nəticəsində 2 nəfər küləyin aşırdığı ağacın altında qalaraq ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, daha 2 nəfər xəsarət alıb.
 
Qasırğa həmçinin 375 min insanı elektrik enerjisiz qoyub. Meteoroqların məlumatına əsasən, avqustun 30-da Vaşinqton ştatında küləyin sürəti saatda 128 km çatıb.
 
Qasırğa ilə əlaqədar Sietl şəhərində asma körpülər üzərində nəqliyyatın hərəkətinin müvəqqəti olaraq dayandırıldığı bildirilir.
 
Xatırladaq ki, bu günlərdə ABŞ-da 2005-ci il, avqustun 29-da Nyu Orlean şəhərində baş vermiş "Katrina" qasırğasının qurbanlarının xatirəsi anılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.