Dünya

Hərbi təyyarə yaşayış evinin üstünə düşüb

29 Avqust 2015 21:14
0 Şərh     Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nigeriyanın Hərbi-Hava Qüvvələrinə məxsus "Dornier-228" təyyarəsi ölkənin şimal bölgəsində yaşayış evinin üstünə düşüb. 

APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi məlumata görə, qəza nəticəsində təyyarədə olan 4 ekipaj üzvü və 3 sərnişin ölüb.
 
Hazırda yanğınsöndürənlər təyyarənin qəzaya uğramasından sonra başlayan yanğının qarşısını almağa çalışırlar. Hadisə zamanı yaşayış evində heç kim olmayıb.
 
Qəzanın başvermə səbəbləri hələ ki, məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.