Dünya

"Rusiyaya qarşı tətbiq olunan sanksiyalar qüvvədə qalacaq"

29 Avqust 2015 20:03
1 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı Rusiyaya qarşı tətbiq olunan sanksiyaları hələlik aradan qaldıra bilməz.

APA-nın "Deutsche Welle"yə istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel bildirib. 

Onun sözlərinə görə, sanksiyaların aradan qaldırılması üçün münbit siyasi şərait yaradılmalıdır: "Lakin hələlik biz istədiyimiz nəticəni əldə edə bilməmişik. Çünki beynəlxalq hüquq normaları kobud şəkildə pozulmaqdadır".
 
Kansler bildirib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar qərb istehsalçılarına da ciddi təsir edib.
 
A. Merkelin sözlərinə görə, rəsmi Berlin Rusiya ilə konstruktiv əməkdaşlığın bərpasında maraqlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.