Dünya

Bayrama gedən gənc qızlar qəzaya düşdülər: 38 ölü, 20 yaralı

29 Avqust 2015 17:04
0 Şərh     Baxış: 1 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Afrika dövləti Svazilenddə ağır yol qəzasının baş verməsi nəticəsində 38 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyinə istinadən TASS xəbər verir.

Məlumata görə, həlak olanlar gənc qızlardır. Gənc qızlar hər il ölkədə keçirilən "Qamış rəqsi" milli bayramına gedirlərmiş. Qızlar olan yük maşını minik avtomobili ilə toqquşub. Bundan sonra isə yük maşını daha bir yük maşını ilə də toqquşub.

Qeyd edək ki, 8 gün davam edən qızların rəqs etdiyi milli bayramın kulminasiya nöqtəsi isə kral Msvatinin növbəti nişanlısının seçilməsi ilə yekunlaşır. Hər il 40 minə yaxın gənc qız milli bayramda iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.