Dünya

Daxili işlər nazirinin sabiq müavini güllələndi

29 Avqust 2015 16:09
0 Şərh     Baxış: 6 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan daxili işlər nazirininin sabiq müavini Levan Qvazavaya silahlı hücum edilib.

APA-nın Gürcüstan KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə qonşu ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, qatillər L.Qvazavaya Tbilisi-Tabaxmela şossesində pusqu qurub, onu Rezo Kalomletsavi adlı qohumu ilə birgə güllələyiblər.

R.Kalomletsavi hadisə yerində ölüb.

L.Qvazava isə baş nahiyyəsindən ağır yaralanıb və komaya düşüb. Hazırda sabiq nazir müavini süni tənəffüs aparatına qoşulub.

Faktla bağlı istintaq aparılır.

Hələlik qətlin kim tərəfindən sifariş olunduğu barədə versiya yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.