Türkiyə hava hücumundan müdafiə qüvvələri ilk dəfə olaraq ABŞ-ın rəhbərliyi altında "İslam dövləti"nə qarşı aparılan əməliyyatlarda iştirak edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-in açıqlamasında bildirilib.
"Bizim qırıcılarımız ötən gecə beynəlxalq koalisiyaya qoşularaq "İslam dövləti"nin Suriyadakı mövqelərinə zərbələr endirib", - deyə bəyanatda qeyd edilib.
Milli.Az