Dünya

Həmkarlarının qətlə yetirildiyi yeri çəkən BBC jurnalistləri polis tərəfindən təhdid edilib

27 Avqust 2015 17:18
0 Şərh     Baxış: 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WDBJ" telekanalının 2 əməkdaşını qətlə yetirən şəxsin özünə qəsd etdiyi yerə ilk gələnlər sırasında olan BBC teleradio şirkətinin 2 jurnalisti Virciniya ştatının polisi tərəfindən təhdid edilib.

Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə "Independent" qəzeti xəbər yayıb.

Məlumatda qeyd edilir ki, polis əməkdaşlarından biri Ağ Evin müxbiri Tara Makkelvi və videojurnalist Frans Strasserə hədə gəlməyə başlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşı bildirib ki, çəkilən material silinməsə, jurnalistlərin kamerası və avtomobili əllərindən alına bilər. Buna səbəb kimi materialın dəlil olduğu göstərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.