Dünya

Film kimi dəfn mərasimi: hökumət qəzəbləndi - VİDEO - FOTO

22 Avqust 2015 16:59
6 Şərh     Baxış: 13 351
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Romada İtaliya mafiyasının liderlərindən biri, 65 yaşlı "xaç atası" Vittorio Kasamonikanın dəbdəbəli, əsl mafiya filmlərinin səhnələrini xatırladan dəfn mərasimi hökuməti və ictimaiyyəti hiddətləndirib.

Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, avqustun 20-da keçirilən dəfn mərasimi zamanı xərçəngdən öldüyü təxmin edilən "xaç atası"nın cənazəsi 6 qara İrlandiya atı qoşulmuş bəzəkli karetada aparılırdı.

İtaliya hökuməti ertəsi günü Romada məşhur cinayətkar ailənin başçısı üçün keçirilən dəbdəbəli dəfn mərasimini kəskin pisləyib. Hökumət bildirib ki, "bu, Romaya vurulan daha bir yara və bütün italyanlar üçün təhqirdir".

Dəfn mərasiminə 500-dən çox adam qatılıb. Cənazənin qoyulduğu kilsənin qapısından asılan plakatda yazılmışdı: "Sən Romanı fəth etdin, indi də cənnəti fəth et".

Cənazə "Xaç atası" filmindən musiqinin sədaları altında aparılırdı. Cənazəni qara limuzinlər müşayiət edib. Havadan isə vertolyot "xaç atası"nın cənazəsinə qızılgüllər səpələyib.

Media baş verənləri Romaya birbaşa meydan oxunması kimi qiymətləndirib. İtaliya qəzetləri bütöv səhifələrini bu mərasimə həsr edərək iri hərflərlə "Ar olsun" yazıblar.

Kasamonika ailəsi bir neçə onillik ərzində Romanın cənub-şərqində törədilən ağır cinayətlər üçün məsul sayılır. Daxili işlər naziri Angelino Alfano "bu dəfn şousunun" araşdırılmasına əmr verib.

Dəfn mərasimində iştirak edən vertolyotun pilotu uçuş lisenziyasından məhrum edilib. Daxili İşlər Nazirliyi Mərasimlə bağlı genişmiqyaslı təhqiqata başlayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.