Dünya

ABŞ Türkiyə sərhədindən dəstəyini çəkir - FOTO

17 Avqust 2015 11:20
2 Şərh     Baxış: 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyadan potensial hava və raket hücumlarından qorunmaq üçün ABŞ-ın Türkiyəyə göndərdiyi "Patriot" zenit-raket sisteminin xidmət müddəti uzadılmayacaq. Anspress-in məlumatına görə, bu barədə avqustun 16-da həm ABŞ, həm də Türkiyə tərəfi rəsmi bəyanat yayıb. NATO-nin dəstəyi ilə 2013-cü ildə Türkiyə-Suriya sərhədi yaxınlığında qurulmuş hava sipərinin xidmət müddəti oktyabr ayında bitir. Bununla belə Pentaqon bildirib ki, ehtiyac yaranarsa, ABŞ "Patriot" komplekslərini və şəxsi heyətini bir həftə ərzində yenidən Türkiyəyə qaytarmağa hazır olacaq. 

Bəyanatda ABŞ hava müdafiə sisteminin təkamül edərək qlobal təhdidlərə cavab verə bilməsi, müttəfiqləri və tərəfdaşları daha effektiv qoruya bilməsi üçün bir sıra modernizasiya və yeniləmə işlərinin aparıldıqdan sonra sistemin yenidən Türkiyəyə qaytarılacağı qeyd edilib. Türkiyənin müdafiə nazirliyi isə ayrıca bəyanatda Almaniyanın da Türkiyədəki 2 "Patriot" zenit raket batareyası və 250 nəfərdən ibarət şəxsi heyəti geri çağıracağını ictimaiyyətin diqqətinə çatdırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.