Dünya

Baş Qərargah rəisi axtarışa verildi

5 Avqust 2015 16:21
0 Şərh     Baxış: 1 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu və 10 rusiyalı hərbçini axtarışa verib.

APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Baş İstintaq İdarəsinin rəhbəri Qriqori Ostafiyçuk Kiyevdə keçirdiyi brifinqdə deyib.
 
"Bəzi hərbçilər cənab Gerasimovun rəhbərliyi altında ölkəmizin ərazisində münaqişənin təşkili işi ilə məşğul olublar", - deyə Q. Ostafiyçuk bildirib.
 
Onun sözlərinə görə, hazırda Kiyev məhkəməsi rus hərbçilərinin həbsi üçün müvafiq prosedurları nəzərdən keçirir.
 
Qeyd edək ki, Qerasimova qarşı cinayət işi ötən ilin avqustunda Donetsk vilayətinin İlovaysk bölgəsində yüzlərlə ukraynalı hərbçinin ölümü ilə nəticələnən hadisələrlə əlaqədar qaldırılıb.
 
Ukrayna tərəfinin məlumatına görə, İlovaysk hadisələri nəticəsində 360-dan çox hərbi qulluqçu həlak olub, 180-dən çox insan itkin düşüb. Rusiya tərəfi isə birmənalı şəkildə Ukraynanın şərqindəki münaqişə ilə bağlılığını inkar edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.