Dünya

Dubay əmirini Türkiyəyə buraxmadılar

5 Avqust 2015 14:32
3 Şərh     Baxış: 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş naziri və ölkənin vitse-prezidenti olan Dubay əmiri Məhəmməd ibn Rəşid əl-Məktum Türkiyəyə buraxılmayıb. 

Milli.Az avropa.info-ya istinadən xəbər verir ki, öz xüsusi təyyarəsi ilə Dubaydan çıxaraq Türkiyənin hava sahəsinə girən əl-Məktum burada böyük şok yaşayıb. 

İstanbuldakı Atatürk Hava Limanında eniş üçün icazə istəyən təyyarənin pilotundan sərnişinin kim olduğu soruşulub.

Əl-Məktum isə adının deyilməməsi barədə pilotu xəbərdar edib. Daha sonra məcburiyyət qarşısında pilot sərnişinin "VİP sərnişin" olduğunu söyləyib. 

Atatürk Hava Limanından isə sərnişinin adının bildirilməyəcəyi təqdirdə təyyarəyə eniş üçün icazə verilməyəcəyi bildirilib. 

Əl-Məktumun təyyarəsinə eniş üçün icazə verilmədiyinə görə təyyarə geri qayıtmaq məcburiyyətində qalıb. 
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.