Dünya

İsrail hökuməti fələstinlilərə hücum edən israillini həbs etdi

5 Avqust 2015 13:52
0 Şərh     Baxış: 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail hakimiyyət dairələri fələstinlilərə hücum etməkdə şübhəli bilinən israillini ilk dəfə mühakiməsiz həbs edib.

APA-nın verdiyi xəbərə görə, Mordexay Meyer 6 aylıq həbs cəzasına məhkum edilib.

Bu qərarın qəbul edilməsinə səbəb isə ötən həftə İordan çayının Qərb sahilində fələstinlilərin yaşadığı kənddə iki evin yandırılması olub. Hadisə nəticəsində 18 aylıq körpə həyatını itirib.

Qeyd edək ki, bazar ertəsi İsrail hökuməti rəsmi şəkildə fələstinlilərə hücum etməkdə şübhəli bilinən şəxslərin məhkəmə qərarı olmadan həbs edilməsinə icazə verib.

Daha əvvəllər inzibati qaydada saxlanma isə fələstinlilər barədə qəbul edilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.