Dünya

Hamilə arvadını, anasını və 6 uşağını şaqqalayan tutuldu - VİDEO - FOTO

5 Avqust 2015 12:49
4 Şərh     Baxış: 3 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Nijni Novqorod şəhərində hamilə arvadını, 6 uşağını və anasını öldürəndən sonra şaqqalamış Oleq Belov tutulub. Kovrov şəhərindəki xəstəxananın reanimasiya bölməsində olan Oleq Belovun vəziyyəti orta ağırdır.

Milli.Az Lifenews-a istinadən bildirir ki, o, polis tərəfindən ələ keçrilərkən qarnından güllə yarası alıb.
Xəstəxanada bir saat davam edən cərrahiyyə əməliyyatı aparılıb və O. Belovun qarnındakı güllə çıxarılıb.

Nijni Novqorod şəhərində 1-6 yaşlarında olan 6 bacı-qardaşın vəhşicəsinə öldürülməsi avqustun 4-də bəlli olub. 

Uşaqlar iyulun 25-dən uşaq bağçasına getməyiblər. Uşaq bağçasının tərbiyəçiləri narahat olaraq polisə zəng vurublar. Hadisə yerinə yollanmış müstəntiqlərə polisə qapını kimsə açmadığından onlar evə pəncərədən giriblər.

Onlar evdə polietilen kisələrə qoyulmuş uşaq cəsədləri görüblər. Cəsədlərin hamısı şaqqalanmışdı.
Qonşuların dediklərinə görə, uşaqların atası, 53 yaşlı Oleq Belov avqustun 2-də naməlum istiqamətə gedib.
Şizofreniya  xəstəsi olan Oleq Belov psixdispanserdə uçotdadır.

Oleq Belov anasını da öldürüb. Üzərində çoxsaylı bıçaq zərbələrinin yeri olan qadın Vladimir vilayətinin Qoroxovets şəhərindəki evinin yaxınlığındakı çəməndəki çuxurda, xalata bükülmüş vəziyyətdə tapılıb.

Manyak Oleq Belov Vladimir vilayətindəki Kovrov şəhərində, qaynanası Valentina Zaytsevanın evinin yanında ələ keçib. O, qaynanasını öldürməyə gedirdi.
Yaxalandığını anlayan Oleq Belov əlindəki bıçaqla polislərə hücum edib. Cinayətkarı zərərsizləşdirmək üçün polislər atəş açıblar və Belov qarnından yaralanıb.

Xatırladaq ki, Rusiyanın Nijni Novqorod şəhərində arvadını və 6 övladını öldürərək şaqqalayan şəxs şizofreniya xəstəsidir.

Bunu həmin şəxsin qaynanası Valentina Zaytseva deyib.

53 yaşlı Oleq Belov arvadı Yuliya Belovanı və uşaqlarını sürəkli döyürmüş.
"Yuliya mənə bədənindəki hematomaların fotolarını yollayırdı. Üstəlik, kürəkənim Yeddinci Günün Adventistləri sektasının üzvü idi", - Z.Zaytseva söyləyib.

Qonşular Belovlar ailəsində bir neçə gün əvvəl dava olduğunu söyləyiblər.
Vəhşicəsinə qətlə yetirilmiş Yuliya Belova hamiləliyin 5-ci ayında idi.
 

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin.

фото

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.