Dünya

Prezident tərəfdarları hərbi bazanı ələ keçirdilər - FOTO

5 Avqust 2015 10:25
0 Şərh     Baxış: 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yəmən prezidenti Əbd-Rabbu Mənsur Hadinin tərəfdarları husi üsyançıları və sabiq prezident Əli Abdulla Salehə sadiq qalan hərbçilərlə şiddətli döyüşlərdən sonra ölkənin ən iri hərbi bazalarından olan "Əl-Əlandı" ələ keçiriblər.

Anspress-in məlumatına görə, bu barədə Reuters agentliyi məlumat yayıb. 

"Əl-Əland" hərbi bazası ölkənin əsas limanı olan Ədən şəhərinin 60 kilometrliyində yerləşir. Prezident Hadi tərəfdarları limanı Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın köməyi ilə nəzarətə alıb. Koalisiyanın məqsədi devrilmiş prezidenti ölkəyə qaytarmaq və husi üsyanını yatırtmaqdan ibarətdir.

Briqada generalı Fadel Həsənin sözlərinə görə, baza uğrunda döyüş zamanı onlarla husi yaraqlısı məhv edilib və əsir götürülüb. Yüzlərlə üsyançı qaçmağa müvəffəq olub.

General həmçinin ölkənin şimalında yerləşən Taiz şəhərinə hücumun davam edəcəyini bildirib. Bu şəhərdə husi üsyançıları və prezident Əbd-Rabbu Mənsur Hadinin tərəfdarları arasında şiddətli döyüşlər gedir.

Yəməndə vətəndaş müharibəsi artıq bir neçə ildir ki davam edir. Toqquşmalar prezident Əli Abdulla Salehin ölkədə davamlı etirazlar fonunda istefa verməsindən sonra başlayıb. 2015-ci ilin əvvəllərində husilər və prezident Salehin tərəfdarları olan hərbçilər paytaxt Sənanı ələ keçirərək Hadini hakimiyyətdən kənarlaşdırmağa müvəffəq olub. Bundan əlavə, onlar əhalinin sıx yaşadığı ölkənin əsas rayonlarını, o cümlədən ən iri liman şəhəri olan Ədəni nəzarətə alıblar.

Mart ayının sonlarında Səudiyyə Ərəbistanı husilərlə mübarizə aparmaq üçün arəb ölkələrindən ibarət koalisiya formalaşdırıb. Ər-Riyad Əbd-Rabbu Mənsur Hadini hakimiyyətə qaytarmaq niyyətindədir. Bu məqsədlə koalisiya qüvvələri husilər tərəfindən nəzarət edilən rayonlara aviazərbələr endirməyə başlayıb. İnsan haqları üzrə BMT Ali Komissarı İdarəsinin məlumatına görə, hava hücumları nəticəsində 1670 dinc sakin həlak olub, 3829 insan yaralanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.