Dünya

Nemtsovun qızına milyon dollarlıq mükafat

4 Avqust 2015 22:41
2 Şərh     Baxış: 1 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada öldürülən müxalif siyasətçi Boris Nemtsovun qızı 1.1 milyon dollar mükafat alıb.  Bu mükafat ona insan haqlarını və demokratiyanı dəstəklədiyi üçün verilib.  

Milli.Az "Azadlıq Radio"suna istinadən bildirir ki, 31 yaşlı Zhanna Nemtsovaya Lech Walesa həmrəylik mükafatını Varşavada təşkil olunan mərasimdə Polşanın prezidenti Bronislaw Komorowski və mükafat komitəsinin rəhbəri təqdim edib.

Həmrəylik mükafatı Polşanın xarici işlər naziri təsis edib.

Zhanna Nemtsova bu ilin fevralında atası Boris Nemtsovun Kreml yaxınlığında öldürlüməsindən sonra ölkəni tərk edib. İndi o Deutsche Welle-nin rus dilli xidmətində çalışır. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.