Dünya

İŞİD seks-kənizlərinin qiymət cədvəlini yayıb

4 Avqust 2015 22:18
34 Şərh     Baxış: 10 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD terror qruplaşması əsir götürdükləri qadın və uşaqların qiymət cədvəlini yayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin cinsi zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsi Zeynəb Banqura bəyan edib.

Onun sözlərinə görə, bu ilin aprel ayında İraqda olarkən ona İŞİD-in qadın və uşaqların qiymətləri olan kitabçanın bir nüsxəsini hədiyyə ediblər.

"Qızlarla neft kimi alver edirlər. Hər bir qızı 5-6 kişi alıb sata bilərlər. Elə olur ki, döyüşçülər qızları baha qiymətə öz ailələrinə də satırlar", - Banqura deyib.

BMT nümayəndəsi qeyd edib ki, 1 yaşdan 9 yaşa qədər olan uşaqlar 165 dollara, 11-16 yaş arasında olanlar isə 124 dollara satılırlar.

Əsirlər düşərgəyə gətirildikdə, ilk olaraq özlərinə qulları İŞİD liderləri seçirlər, qalanlarını isə satışa çıxarırlar. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.