Dünya

Ticarət mərkəzində yas davaya döndü - VİDEO - FOTO

4 Avqust 2015 10:41
0 Şərh     Baxış: 1 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin mərkəzindəki Hubey vilayətinin Sinçjou şəhərində yerləşən "Anilang" ticarət mərkəzində dünən dava düşüb. 

30 yaşlı Syan Liuçjanın tabutunu mərkəzə gətirərək burada yas mərasimi keçirən qohumlar və ailə üzvləri ilə mərkəzin mühafizə xidməti dalaşıblar.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, davada yumruqlaşma və süpürləşmələr də olub.

Çindəki ticarət mərkəzlərindən birində 2 yaşlı oğlu ilə alış-verişə çıxmış ana həlak olmuşdu. Eskalatordan çıxışdakı lövhənin sınaraq aşağı düşməsi nəticəsində ayağı sürüşən ana və oğlu həmin boşluğa düşüblər. Ana 2 yaşlı oğlunu qarşısına itələyərək onu xilas etsə də, özü ölümdən qurtula bilməyib.
30 yaşlı Syan Liuçjan eskalatorun qarşısında yaranmış dəliyə düşərək həlak olmuşdu.

Xilasedicilər qadının cəsədini faciədən 3 saat sonra çıxara biliblər.

Syan Liuçjannı böyük tabuta qoyaraq ticarət mərkəzinə gətirən ailə üzvləri və qohumları burada etiraz aksiyası keçirmək istəyiblər. Lakin mərkəzin mühafizə xidmətinin əməkdaşları Syanın cəsədini böyük tabutdan çıxararaq xərəyə qoyublar və holldan çıxarıblar.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.